İmişli Rayon Polis Şöbəsinə avqustun 29-da Qaragüvəndikli kəndi ərazisindən Abşeron rayon sakini T.Rəsulova məxsus “KİA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini S.Fərzəliyev avtomobillə birgə Binəqədi rayonu ərazisində müəyyən edilərək saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.