Modern.az

Ərdoğan Qorbaçovun ölümünə görə Putinə başsağlığı verdi

Ərdoğan Qorbaçovun ölümünə görə Putinə başsağlığı verdi

Aktual

3 Sentyabr 2022, 15:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, Prezident Ərdoğan rusiyalı həmkarına keçmiş Sovet İttifaqının prezidenti Mixail Qorbaçovun vəfatı ilə bağlı başsağlığı verib.

 

Bundan əlavə, danışıq zamanı Türkiyə-Rusiya münasibətləri ilə yanaşı regional məsələlər, xüsusilə taxıl məhsullarının Ukraynadan ixracı və Zaporojye Atom Elektrik Stansiyasındakı (AES) son vəziyyət müzakirə edilib.

 

Türkiyə Prezidenti ölkəsinin taxıl müqaviləsində olduğu kimi, Zaporojye AES ilə bağlı məsələnin həllində də vasitəçi rolu oynaya biləcəklərini ifadə edib.

 

Eyni zamanda Akkuyu Atom Elektrik Stansiyası barədə müzakirələrin aparıldığı danışıq zamanı hər iki lider stansiyanın planlaşdırıldığı kimi davam etdirilməsi nöqtəsində qərarlı olduqlarını bildiriblər.

 

Qeyd edilib ki, prezidentlər sentyabrın 15-i və 16-da Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı ilə bağlı Səmərqənddə keçirəcəkləri görüşdə gündəmlərində olan digər məsələləri ətraflı müzakirə etmək barədə razılığa gəliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı