Modern.az

Bütöv Azərbaycan  Ulu Öndərin  müdrik siyasətinin bəhrəsidir...

Bütöv Azərbaycan  Ulu Öndərin  müdrik siyasətinin bəhrəsidir...

Aktual

3 Sentyabr 2022, 17:13

Müasir və müstəqil Azərbaycanın memarı, xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyevin vətənimiz qarşısındakı tarixi xidmətləri misilsizdir. O, hakimiyyətinin bütün dövrlərində ölkəmizin inkişafı, iqtisadi və siyasi qüdrətinin artması, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan işlərə imza atıb. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.
Şübhəsiz ki, dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük tarixi xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun nəticəsində ölkəmizin siyasi tarixində yeni bir səhifənin açılması olmuşdur. Hər birimizə məlumdur ki, 90-cı illərin əvvəllərində Azərbaycanda olduqca mürəkkəb siyasi şərait yaranmışdı. SSRİ-nin süqutu, Azərbaycanda hakimiyyət dəyişiklikləri hərc-mərcliyə səbəb olmuşdu və bu şərait Azərbaycan dövlətçiliyinin gələcəyi üçün təhdid yaradırdı.


Həmin dövrdə xüsusilə Naxçıvan MR-in vəziyyəti öz mürəkkəbliyi ilə seçilirdi. Muxtar Respublikanın blokada şəraitinə salınması, sosial-iqtisadi cəhətdən ağır böhran yaşaması, Respublika hakimiyyətinin muxtar qurum üzərində qurmağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca çətinləşdirmişdi.


Naxçıvanın bu ağır durumdan xilası və dirçəlişi isə birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1991-ci ilin 3 sentyabrında dahi şəxsiyyət 95% səs üstünlüyü ilə Naxçıvan MR Ali məclisinin sədri seçilmiş və məhz bundan sonra Muxtar Respublika davamlı inkişaf yoluna qədəm qoymuşdur. Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda sabitlik təmin edilmiş və sosial-iqtisadi vəziyyət yaxşılaşdırılmışdır.


Cənab Prezident İlham Əliyev Naxçıvanın həmin dövrdəki taleyinə dahi şəxsiyyət Heydər Əliyevin təsiri haqqında belə deyir: “Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi”.


Ümummilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri olarkən dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqələr qurmuş, Muxtar Respublikanın gələcək inkişafı üçün böyük əhəmiyyətə malik çoxsaylı görüşlər keçirmiş, dəfələrlə xarici səfərlərdə olmuş və beləliklə, Muxtar Respublikanı düşdüyü ağır blokada şəraitindən qısa bir müddətdə çıxara bilmişdir. Bu gün bütöv Azərbaycanın, o cümlədən də Naxçıvanın möhkəm, sarsılmaz birliyi Ulu Öndərin məhz həmin illərdəki əziyyətinin, müdrik siyasətinin bəhrəsidir.

 

Ülviyyə Ağayeva 
Milli Məclisin deputatı 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı