Modern.az

Millimiz Bakıda məğlub oldu

Millimiz Bakıda məğlub oldu

Aktual

3 Sentyabr 2022, 19:57

Voleybolçu qadınlardan ibarət millimiz 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirib.

 

Modern.az xəbərverir ki, D qrupunda yer alan komanda IV turda Sloveniyanı qəbul edib.

 

Bakı Voleybol Mərkəzində təşkil olunan qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

İlk setdə qonaqlar 25:19 hesabı ilə qalib gəlib. İkinci setdə Azərbaycan yığması bunun əvəzini çıxıb - 25:19. Sloveniya seçməsi üçüncü setdə 25:18, dördüncü setdə isə 25:21 hesabı ilə üstün olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi