Modern.az

Neftçi Sumqayıt”a qalib gəldi

“Neftçi” “Sumqayıt”a qalib gəldi

Aktual

3 Sentyabr 2022, 22:32

Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda növbəti görüş keçirilib.

 

Modern.az xəbər verir ki, “Neftçi” komandası öz meydanında “Sumqayıt”ı qəbul edib. Baş hakim Kamal Umudlunun idarə etdiyi görüş “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Ata Caber (19), Emin Mahmudov (55) və Rəhman Hacıyev (77) vurublar.

 

Bu qələbədən sonra "Neftçi" klubu xalını 12-yə çatdıraraq 3-cü pilləyə yüksəlib. "Sumqayıt" isə 2 xalla yenə 8-ci pillədə qalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı