Modern.az

İstixanada 250 min manatlıq oğurluq

İstixanada 250 min manatlıq oğurluq

Aktual

24 Sentyabr 2022, 11:00

Bakıda istixanadan oğurluq olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az verilən xəbərə görə, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə Türkan qəsəbəsi ərazisində yerləşən, istismarda olmayan bir istixanadan 250.000 manat dəyərində 2000 metr qaz borusunun kəsilərək oğurlanması barədə müraciət daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 9 nəfər müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı