Modern.az

Lənkəranda narkotik əməliyyatı - 22 nəfər saxlanıldı

Lənkəranda narkotik əməliyyatı - 22 nəfər saxlanıldı

Aktual

24 Sentyabr 2022, 12:16

Lənkəranda narkotiklərin dövriyyəsinə qarşı əməliyyatlarda 22 nəfər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikəri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayon sakini əvvəllər məhkum olunmuş Fizuli Kazımov saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən və yaşadığı ünvandan 4 kiloqram 370 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı onun həmin narkotik vasitəni satmaq məqsədilə xarici ölkədə yaşayan narkotacir vasitəsilə əldə etdiyi müəyyən edilib.

 

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir həftə ərzində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 21 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

 

Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı