Modern.az

Anar AYB-dən gedir - Yeni sədr seçiləcək

Anar AYB-dən gedir - Yeni sədr seçiləcək

Aktual

24 Sentyabr 2022, 14:30

Azərbaycan Yazıçılar Birliyinə (AYB) yeni sədr gətiriləcək.

 

Modern.az Publika.az-a istinadən xəbər verir ki, Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçiləcək.

 

Məlumata görə, oktyabrın altısında Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı baş tutacaq. Mənbələrimizin bildirdiyinə görə, yeni sədr kimi Xalq yazıçısı Çingiz Abdullayevin namizədliyi irəli sürüləcək.

 

Qeyd edək ki, AYB-nin hazırkı sədri Xalq yazıçısı Anar Rzayev 1987-ci ildən adıçəkilən qurumun sədri kimi fəaliyyət göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı