Modern.az

Bizi Qarabağa qaytaran şəhidlərimizi qürurla yad edirik

Bizi Qarabağa qaytaran şəhidlərimizi qürurla yad edirik

Aktual

26 Sentyabr 2022, 23:10

“Bizi doğma Qarabağımıza geri qaytaran şəhidlərimizi qürur hissi ilə yad edirik”.

 

Modern.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.

 

"Sinələrini düşmən qarşısında sipər edənlərin, canını vətən torpağı uğrunda fəda edənlərin - şəhidlərimizin günüdür bu gün. Bizi doğma Qarabağımıza geri qaytaran, hər zaman bayrağımızı vətənin torpağına sancmağı bacaran şəhidlərimizi qürur hissi ilə yad edirik!”, - Prezidentin xüsusi nümayəndəsi qeyd edib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı