Yaponiyanın keçmiş Baş naziri Şinzo Abenin dəfn mərasimi başlayıb.
Modern.az xəbər verir ki, onun külü olan avtomobil dəfn zalına gətirilib.
Dəfn mərasimində 4,5 minə yaxın qonaq, o cümlədən 34 dövlət lideri və 14 keçmiş dövlət başçısı iştirak edir. Mərasimə imperator ailəsinin nümayəndələri də qatılıb.
Qeyd edək ki, Şinzo Abe iyulun 8-də Nara prefekturasında seçki kampaniyası zamanı çıxış edərkən qətlə yetirilib.