Modern.az

ABŞ səfirliyindən Anım Günü PAYLAŞIMI

ABŞ səfirliyindən Anım Günü PAYLAŞIMI

Aktual

27 Sentyabr 2022, 12:48

ABŞ-ın Bakıdakı səfirliyi 27 sentyabr - Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bununla bağlı səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

 

"27 sentyabrda Ermənistan ilə Azərbaycan arasında münaqişədə həyatlarını itirənləri yad edir, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunda sülhün bərqərar olması istiqamətində işləməyə sadiqdir", - paylaşımda deyilir.

 

Qeyd edək ki, sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı