Modern.az

Cəbrayılda ov edən şəxs saxlanıldı

Cəbrayılda ov edən şəxs saxlanıldı

Aktual

28 Sentyabr 2022, 11:08

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun ərazisində qanunsuz ov edən şəxs aşkar olunub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Qubadlı rayon sakini Ş.Qəhrəmanov qanunsuz ov edərkən saxlanılıb. Həmin şəxsə məxsus 1 ədəd ov tüfəngi, 25 ədəd patron və ovladığı çöl quşları aşkar edilərək götürülüb.

 

Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...