Modern.az

“iPhone 14”ün istehsalı azaldılır

“iPhone 14”ün istehsalı azaldılır

Aktual

28 Sentyabr 2022, 11:56

ABŞ-nin "Apple" şirkəti aşağı tələblə əlaqədar "iPhone 14" smartfonlarının istehsalını azaltmağı planlaşdırır.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi yazıb.

 

Qeyd olunub ki, şirkət ilin sonunadək 90 milyon qurğu istehsal etməyi nəzərdə tutur. Bununla belə, "Apple"in ilkin planları 6 milyon daha artıq "iPhone 14" istehsal etmək idi.

 

"Bloomberg" bildirir ki, dünyanın ən iri bazarı olan Çində "iPhone 14"ün ilk üç gün ərzində satışları ötən il eyni dövründə "iPhone 13"ün satışlarından 11 faiz az olub.

 

Xatırladaq ki, "iPhone 14" smartfonunun təqdimatı iki həftə əvvəl baş tutub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı