Modern.az

İran yeni PUA-sını təqdim etdi

İran yeni PUA-sını təqdim etdi

Aktual

28 Sentyabr 2022, 12:44

İran "Şahab" adlı yeni pilotsuz uçuş aparatının (PUA) təqdimatını edib.

 

Modern.az-ın məlumatına görə, “Şahab” adlı dron "Safir" təlim pilotsuz uçuş aparatının təkmilləşdirilmiş versiyasıdır.

 

“Şahab” bu gün ilk dəfə İran Hərbi Hava Qüvvələrinin sərgisində nümayiş etdirilib.

 

Yeni PUA kəşfiyyat qabiliyyətinə, 11 min fut (red-0,3048 metr) uçuş hündürlüyünə, 8 saat uçuş müddəti, 200 km məsafədə kəşfiyyat missiyası üçün uçuş radiusunu artırmaq qabiliyyətinə malikdir. Həmçinin bu dronun uçuş, eniş və qalxma zamanı tarazlığını qorumaq üçün onun qanadlarının ucu “V” forması şəklində hazırlanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı