Modern.az

Dövlət aqroparkının yaradılması planlaşdırılır

Dövlət aqroparkının yaradılması planlaşdırılır

Aktual

28 Sentyabr 2022, 18:13

Azərbaycanda dövlət aqroparkının yaradılması planlaşdırılır.

 

Modern.az-ın məlumatına görə, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin departament rəhbəri Əmir Məmmədov "Kənd təsərrüfatında innovasiyalar: aqroparklar" adlı tədbirdə deyib.

 

Onun sözlərinə görə, Yevlaxda yerləşəcək aqroparkın yaradılması üzrə pilot layihə artıq hazırdır.

 

"Aztəminatlı ailələrə dəstək məqsədilə bağların yaradılması üçün 60 ailəyə 60 hektar torpağın verilməsi nəzərdə tutulur. Aqropark "ağıllı" texnologiyalar əsasında tikiləcək. Onun ərazisində aqroturizmin inkişafı üçün zəruri infrastrukturun yaradılıması planlaşdırılır", - deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...