Modern.az

Rəisi iranlı qızın ölümünə münasibət bildirdi

Rəisi iranlı qızın ölümünə münasibət bildirdi

Aktual

29 Sentyabr 2022, 08:40

İranlı qız Məhsa Əmininin ölümü ilə əlaqədar hər hansı nöqsan olarsa, mütləq cinayət işi açılacaq.

 

Modern.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi xalqa müraciətində deyib.

 

Onun sözlərinə görə, tibbi ekspertiza Əmininin ölümü barədə hələlik rəy verməyib. Bir neçə gün ərzində rəy veriləcək.

 

İrandakı etiraz aksiyalarına münasibət bildirən Rəisi deyib ki, bəzi problemlərlə bağlı dialoq, tənqid və hətta etirazlar üçün mərkəzlər yaradıla bilər. 

 

"Heç bir halda vətəndaşların canı və malına hücum edilməsinə icazə vermək olmaz. Bəzi şəxslərin iğtişaşla cəmiyyətin asayişini pozmalarına icazə vermək olmaz", - deyə prezident qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı