Modern.az

“Sülh məcburi ola bilməz” - Aİ rəsmisi

“Sülh məcburi ola bilməz” - Aİ rəsmisi

Aktual

29 Sentyabr 2022, 09:34

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə münasibət bildirib. 

 

Modern.az xəbər verir ki, Aİ rəsmisi bu barədə "Twitter" səhifəsində paylaşım edib. 

 

“Bu gün yenidən üç erməni əsgərinin həlak olması və bir Azərbaycan əsgərinin yaralanması ilə bağlı məlumat aldıq. Bu və bir çox digər haqsız qurbanların olması nifrət və qeyri-sabitliyi artırır. Əməliyyatların təhlükəsizliyi o halda mümkündür ki, sərhədlərə riayət olunsun, qoşunlar bir-biri ilə yaxın məsafədə toqquşmasın. Sülh məcbur edilə bilməz", - diplomat qeyd edib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı