Modern.az

Ermənistan gələn il üçün büdcə xərclərini artırır

Ermənistan gələn il üçün büdcə xərclərini artırır

Current

29 Sentyabr 2022, 11:54

Ermənistanda dövlət borcunun yükü il ərzində azalıb və 2023-cü ildə artmayacaq.

Modern.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu hökumətin iclasında 2023-cü il dövlət büdcəsi layihəsini təqdim edən maliyyə naziri Tiqran Xaçatryan deyib.

2023-cü ildə dövlət büdcəsinin gəlirləri (bələdiyyə büdcələri istisna olmaqla) 2 trilyon 204 milyard dram (indiki məzənnə ilə təxminən 5,25 milyard ABŞ dolları) təşkil edəcək.

2022-ci ilin sonunda vergilərin ÜDM-ə nisbətinin 23,2%, 2023-cü ildə və hər növbəti ildə isə ildə 0,5% artacağı gözlənilir.


T.Xaçatryan deyib ki, 2023-cü il üçün xərclər 2 trilyon 590 milyard dram və ya 2022-ci ilin büdcəsindən 18,3% çox nəzərdə tutulub.
 

“Dövlət borcuna gəlincə, dramın möhkəmlənməsi sayəsində xarici borcun yükü azalıb: 2021-ci ilin sonunda ÜDM-in 60,3%-ni təşkil edirdisə, hazırda 53%-dən də azdır”, - nazir bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı