Modern.az

İlham Əliyev Ərdoğana başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Aktual

15 Oktyabr 2022, 10:13

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

 

Modern.az xəbər verir ki, başsağlığında deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Əziz Qardaşım,

 

Bartın vilayətindəki mədəndə baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

 

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

 

Allah rəhmət eləsin!".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı