Modern.az

69 yeni yoluxma, 3 ölü - COVID statistikası

69 yeni yoluxma, 3 ölü - COVID statistikası

Aktual

18 Oktyabr 2022, 16:30

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 69 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada analiz nəticələri müsbət çıxan 3 nəfər ölüb.

 

İndiyədək ölkədə ümumilikdə 822 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 339 nəfər müalicə olunaraq sağalıb. Hazırda 412 aktiv xəstə var. İndiyədək 9935 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2780, ümumilikdə isə 7 293 381 test icra olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı