Modern.az

Növbəti təbrik Gürcüstan səfirliyindən gəldi

Növbəti təbrik Gürcüstan səfirliyindən gəldi

Aktual

18 Oktyabr 2022, 16:42

Gürcüstanın ölkəmizdəki səfirliyi Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

 

Modern.az-ın xəbər verir ki, bu barədə səfirliyin “Facebook” səhifəsində paylaşım edilib.

 

“Gürcüstanın dostu və strateji tərəfdaşı olan Azərbaycan Respublikasını Dövlət Müstəqilliyinin bərpası günü münasibətilə təbrik edirik. 1991-ci il oktyabrın 18-i Azərbaycanın ən yaxın tarixində əlamətdar günlərdən biridir. Biz Gürcüstan-Azərbaycanın çoxəsrlik dostluq münasibətlərinə və strateji tərəfdaşlığına böyük əhəmiyyət veririk. Azərbaycan dövlətinə və xalqına sülh, tərəqqi və uğurlar arzulayırıq”, - deyə səfirlik qeyd edib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!