Modern.az

Qadın diş protezlərindən boğulub öldü

Qadın diş protezlərindən boğulub öldü

Aktual

18 Oktyabr 2022, 17:38

Kolumbiyada diş protezləri qadının ölümünə səbəb olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Oddity Central” nəşri yazıb.

 

Belə ki, həkimlərin gecələr diş protezlərinin çıxarılması ilə bağlı tövsiyələrinə baxmayaraq, Mariya Qusman mütəxəssislərin məsləhətinə qulaq asmayıb.


Süni dişlərlə yuxuya gedən qadın təsadüfən onu udub və boğulub. Mariyanı təcili xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Moskvada gərginlik - Ukraynadan ard-arda ağır zərbələr