Modern.az

Mirzoyan Çavuşoğlu ilə görüşmək istəyir

Mirzoyan Çavuşoğlu ilə görüşmək istəyir

Aktual

18 Oktyabr 2022, 17:50

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşməyə hazır olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

 

"Biz dialoqun uğurla başa çatmasında maraqlıyıq. Mən heç vaxt belə görüşün əleyhinə olmamışam", - deyə Mirzoyan söyləyib.

 

O, həmçinin əlavə edib ki, görüşlər zamanı tərəflər ölkələr arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması istiqamətində səmimi və ciddi addımlar atmalıdırlar:

 

"Bir daha deyirəm: mən belə bir görüşə hazıram, ümid edirəm ki, belə bir görüş baş verərsə, nəticədə nəzərəçarpacaq nəticələr qeydə alınacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı