Modern.az

"Şah"dan növbəti qələbə 

Aktual

18 Oktyabr 2022, 23:55

Şahmatçımız Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində 1/4 final görüşünə çıxıb.

 

Modern.az ​​​​​​xəbər verir ki, qrossmeyster bu raundda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorovla üz-üzə gəlib.

 

Rəqibini məğlub edən Məmmədyarov yarımfinala yüksəlib. O, bu mərhələdə Dommaraju Qukeş (Hindistan) - Riçard Rapport (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

 

Digər yarımfinal görüşü isə norveçli dünya çempionu Maqnus Karlsenlə polşalı Yan Kşiştof-Duda arasında olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı