Modern.az

Üç piyadanı maşın vurdu - Azyaşlı öldü

Üç piyadanı maşın vurdu - Azyaşlı öldü

Aktual

19 Oktyabr 2022, 10:04

Ötən gün respublika yollarında 3 piyada vurulması hadisəsi baş verib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Oktyabrın 18-də saat 12 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qəsəbə sakini R.Hüseynov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən həmyerliləri Məlahət Əfsəlovanı və azyaşlı nəvəsi Gülağanı vurub. Nəticədə uşaq hadisə yerində ölüb, M.Əfsəlova isə xəstəxanaya yerləşdirilib.
 

 

Analoji hal oktyabrın 19-da saat 1 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini Ü.Bağırov idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ceyhun İsmayılovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı