Modern.az

Çempionlar Liqası: “Çelsi” 1/8 finala yüksəldi

Çempionlar Liqası: “Çelsi” 1/8 finala yüksəldi

Aktual

25 Oktyabr 2022, 23:58

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

 

Modern.az xəbər verir ki, bu günə nəzərdə tutulan 8 oyundan 2-si artıq yekunlaşıb.

 

E qrupunda İngiltərənin "Çelsi" klubu Avstriyada "Zaltsburq"a 2:1 hesabı ilə qalib gəlib. Bununla da İngiltərə klubu səkkizdəbir finala vəsiqəni təmin edib.

 

G qrupunda "Sevilya" İspaniyada Danimarkanın "Kopenhagen" klubunu məğlub edib - 3:0. Meydan sahibləri bu nəticə ilə pley-off şanslarını saxlayıb.

 

E qrupu

 

"Zaltsburq" (Avstriya) - "Çelsi" (İngiltərə) - 1:2

Qollar: Çikvubuyke Adamu, 49 - Mateo Kovaçiç, 23. Kay Haverts, 64

 

G qrupu

 

"Sevilya" (İspaniya) - "Kopenhagen" (Danimarka) - 3:0

Qollar: Yussef En-Neseri, 61. İsko, 88. Qonsalo Montiel, 90+2

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı