Modern.az

Rusiyada zəlzələ olub

Rusiyada zəlzələ olub

Aktual

26 Oktyabr 2022, 08:08

Rusiyanın Kamçatka diyarında 5,1 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

 

Məlumata əsasən, yeraltı təkanların episentri Nikolsk kəndindən 31 kilometr aralıda, ocağı isə 31 kilometr dərinlikdə yerləşib.

 

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!