Modern.az

İranda çevriliş qorxusu - Məktəblər bağlandı

İranda çevriliş qorxusu - Məktəblər bağlandı

Aktual

26 Oktyabr 2022, 09:00

İran rejimi Kürdüstan və Ərdəbil əyalətlərindəki məktəbləri COVID-19 bəhanəsilə bağlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat paylaşılıb.

 

Bildirilib ki, İranın Kürdüstan əyalətinin başçısı İsmayıl Zarei Kuşa bu gündən əyalətin bütün məktəb və universitetlərinin “СOVID və qrip hallarının artması” bəhanəsiylə bağlanmasını əmr edib.

 

Bu göstəriş 22 yaşlı Məhsa Əmininin qətlə yetirilməsinin 40-cı günündə etirazlar keçiriləcəyi ilə bağlı çağırışlar fonunda verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?