Modern.az

Su basan ərazidə əhaliyə dəyən ziyan hesablanır

Su basan ərazidə əhaliyə dəyən ziyan hesablanır

Aktual

26 Oktyabr 2022, 09:20

Bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonundakı Əsəd Əhmədov küçəsində magistral su xəttində baş vermiş qəza ilə bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi cəlb edilib.

 

Modern.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in texnikası ərazidə su dolmuş yerlərdən suyun çəkilməsini və təhlükəsizlik tədbirlərinin görülməsini həyata keçirəcək.

 

Qeyd edilib ki, qəza 1400 mm-lik magistral su kəmərində qeydə alınıb. 

 

Aparılacaq qiymətləndirmədən sonra əhaliyə dəymiş ziyan müəyyən ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı