Modern.az

Sürücülərin DİQQƏTİNƏ - Bu yoldan istifadə etməyin!

Sürücülərin DİQQƏTİNƏ - Bu yoldan istifadə etməyin!

Aktual

26 Oktyabr 2022, 10:08

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi (BŞDYPİ) Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su xəttində baş verən qəza ilə bağlı sürücülərə müraciət edib.

 

BŞDYPİ-nin baş inspektoru, polis mayoru Araz Əsgərli Modern.az-a açıqlamasında bildirib ki, magistral su xəttinin partlaması ilə əlaqədar olaraq, yolun hərəkət istiqaməti çöküb.

 

A.Əsgərlinin sözlərinə görə, bu səbəbdən də həmin küçə və prospektin digər paralel küçə və prospektlərlə hərəkət istiqamətlərində hərəkət müvəqqəti məhdudlaşdırılıb.

 

"Hazırda yol polisi əməkdaşları hərəkət normal şəkili üçün ərazidə xidmət aparırlar. Vətəndaşlardan, xüsusilə sürüclərdən xahiş edirik ki, yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqəsdilə müvəqqəti hərəkət istiqamətlərini nəzərə alaraq bu ərazidən istifadəni maksimum məhdudlaşdırsınlar", - DYP rəsmisi bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?