Modern.az

Qəza baş verən ərazidə obyektləri su basıb - VİDEO

Qəza baş verən ərazidə obyektləri su basıb - VİDEO

Aktual

26 Oktyabr 2022, 10:30

Bakının Yasamal rayonunda magistral su kəmərində baş vermiş qəza nəticəsində ərazidə yerləşən bəzi obyektləri su basıb.

 

Modern.az xəbər verir ki, ərazidən suyun çəkilməsi işləri davam etdirilir.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Yasamal rayonunun Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib.Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

 

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları vasitəsilə ərazidən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı