Modern.az

AXCP fəalı alimentə görə SAXLANILIB

AXCP fəalı alimentə görə SAXLANILIB

Aktual

26 Oktyabr 2022, 10:27

AXCP fəalı Ramid Nağıyevin 24 oktyabr tarixində keçirilmiş aksiyada iştirak etdiyinə görə həbs olunması barədə iddialar yayılıb.

 

İddialara cavab olaraq DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Modern.az-a bildirib ki, Ramid Nağıyev aksiyada iştirakına görə saxlanılmayıb.

 

"Ramid Nağıyev probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib. Onun saxlanılmasında siyasi motiv yoxdur", - DİN rəsmisi məsələyə aydınlıq gətirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı