Modern.az

Məhkəmə hakimi vəfat etdi

Məhkəmə hakimi vəfat etdi

Aktual

26 Oktyabr 2022, 10:34

Şirvan Şəhər Məhkəməsinin hakimi Ziya Əliyev vəfat edib.

 

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, 64 yaşlı hakim ötən gün dünyasını dəyişib. Onun onkoloji xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.

 

Qeyd edək ki, Z.Əliyev 35 il məhkəmə hakimi kimi çalışıb. O, 1987-2000-ci illərdə Səbail Rayon Məhkəməsinin, 2000-2007-ci illərdə Xəzər Rayon Məhkəməsinin, 2007-2013-ci illərdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb. 2013-cü ildən isə Şirvan şəhərində hakim kimi fəaliyyət göstərib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...