Modern.az

Ermənistan Zatulini bu hərəkətinə görə cəzalandırıb 

Ermənistan Zatulini bu hərəkətinə görə cəzalandırıb 

Aktual

26 Oktyabr 2022, 12:47

"Ermənistan öz suverenliyinə qarşı hörmətsizlik göstərənlərə biganə qala bilməz".

 

Modern.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin ölkəyə giriş qadağasını şərh edərkən deyib.

 

"Ermənistan öz suveren ərazisinə qarşı hörmətsiz münasibətə biganə qala bilməz və Ermənistan Respublikasının sərhədləri “qırmızı xətt”dir. Ona görə də bütün dostlar, tərəfdaşlar bu reallığı nəzərə almalıdırlar", - Simonyan qeyd edib.

 

Onun sözlərinə görə, amma baş redaktor Marqarita Simonyan haqqında məlumatı yoxdur. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı