Ermənistanın baş naziri Nikol Paşinyan İrana işgüzar səfərə gedib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Baş nazir Tehranda İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək", - rəsmi xəbərdə deyilir.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan İrəvana səfəri zamanı baş nazirin başçılıq etdiyi Ermənistan nümayəndə heyətini Tehrana dəvət edib.
Paşinyan sonuncu dəfə 2021-ci ilin avqustunda İranda səfərdə olub.