Modern.az

Akar Reznikovla “taxıl sazişi”ni müzakirə etdi

Akar Reznikovla “taxıl sazişi”ni müzakirə etdi

Aktual

1 Noyabr 2022, 10:50

Türkiyənin milli müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Oleksey Reznikov və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov arasında telefon danışığı olub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər söhbət zamanı “taxıl sazişi” ilə bağlı vəziyyəti müzakirə edib.

 

Bildirilib ki, Hulusi Akar sazişin müddətinin uzadılmasının zəruriliyini qeyd edib.

 

Xatırladaq ki, Rusiya bir neçə gün əvvəl “taxıl sazişi”ndən çıxdığını elan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı