Modern.az

İrəvan və Moskva Soçidə uduzdu - Erməni ekspertdən ETİRAF

İrəvan və Moskva Soçidə uduzdu - Erməni ekspertdən ETİRAF

Aktual

1 Noyabr 2022, 14:56

Soçi görüşünün nəticələri, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qəbul etdiyi bəyanat həm İrəvanın, həm də Moskvanın uğursuzluğunun göstəricisidir.  

 

Modern.az xəbər verir ki, bu fikirləri erməni siyasi ekspert Vigen Akopyan səsləndirib.

 

Onun sözlərinə görə, İrəvanla Bakı arasında münasibətlərin həllinə dair Rusiya modeli qəbul edilməsə də, tərəflər arasında şifahi razılaşmaların olması mümkündür:

 

"Tərəflərin Praqa bəyanatlarının məntiqi ilə prosesi davam etdirib-etdirməyəcəyi açıq sual olaraq qalır, çünki mən şifahi razılaşmaların olduğunu istisna etmirəm. Yaxın günlərdə razılığın olub-olmadığını öyrənəcəyik. Praqa prosesi davam etdiriləcək. Bir gün əvvəl qəbul edilmiş üçtərəfli bəyanatda nə Qarabağ, nə də xalqın öz müqəddəratını təyinetmə hüququ qeyd olunur, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisində olması ilə bağlı heç bir müddəa yoxdur. Nəticə baxımından Ermənistan tərəfi üçün kifayət qədər ciddi geriləmədir".

 

Erməni ekspertin fikrincə, Soçidə sammit keçirməklə böyük oyuna qayıtmağa və prosesdə keyfiyyət dəyişikliyinə ümid edən Rusiya da uğursuzluğa düçar olub.

 

"Ermənistanın baş naziri həm cavabında, həm də sammitdə açıq şəkildə bildirdi ki, Moskva öz layihəsini müdafiə edə, Bakı və Ankaranı razı sala bilsə, vəziyyətin həlli ilə bağlı Rusiya variantını qəbul etməyə hazırdır. Lakin İlham Əliyevin Soçidəki bəyanatından sonra üçtərəfli görüşün gündəliyinin danışıqlar prosesində dönüş nöqtəsi olmayacağı bəlli olub”, - Vigen Akopyan vurğulayıb.

 

Qeyd edək ki, oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Rusiyanın Soçi şəhərində baş tutub. İki saatdan artıq davam edən danışıqlardan sonra liderlər tərəfindən birgə bəyanat qəbul edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı