Modern.az

“İndi əsas məqsəd sülh müqaviləsidir” - Erməni spiker

“İndi əsas məqsəd sülh müqaviləsidir” - Erməni spiker

Aktual

2 Noyabr 2022, 15:16

Ermənistan parlamentinin spikeri Alen Simonyan Qarabağ məsələsinin Praqa və Soçidə keçirilən üçtərəfli görüşlərdə müzakirə edilməməsindən danışıb. 

 

Modern.az xəbər verir ki, erməni spiker hazırda əsas məqsədin sülh müqaviləsi olduğunu bildirib.

 

"Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Soçi bəyanatında Qarabağla bağlı bir kəlmə də yer almayıb. Bunun səbəbi var. Soçi və Praqada İrəvanla Bakı arasında sülh müqaviləsi müzakirə olunub",- deyə Simonyan jurnalistlərə açıqlamasında vurğulayıb.

 

Qeyd edək ki, oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Rusiyanın Soçi şəhərində baş tutub. İki saatdan artıq davam edən danışıqlardan sonra liderlər tərəfindən birgə bəyanat qəbul edilib. Sənəddə Qarabağla bağlı bir söz belə yer almayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı