Modern.az

Rusiya pasportu alan Snouden and içdi

Rusiya pasportu alan Snouden and içdi

Aktual

2 Dekabr 2022, 15:12

ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvar Snouden Rusiya pasportu alıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Anatoli Kuçerena məlumat verib.

 

Bildirilib ki, Snouden and içib və ona Rusiya vətəndaşı pasportu təqdim edilib.

 

Xatırladaq ki, bu ilin sentyabrında Rusiya prezidenti Vladimir Putin ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvar Snoudenə vətəndaşlıq verilməsi haqqında fərma imzalamışdı.

 

Snouden 2017-ci ildə Moskvada ABŞ idmançısı Lindsi Mills ilə evlənib. Hazırda L.Mills də Rusiya vətəndaşlığı almaq istəyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı