Modern.az

Ərdoğanla dostcasına söhbət etdik - Netanyahu

Ərdoğanla dostcasına söhbət etdik - Netanyahu

Aktual

2 Dekabr 2022, 17:30

Bu ilin noyabr ayında İsraildə keçirilən növbədənkənar seçkilərdə qalib gəlmiş və yeni hökumət qurmaq səlahiyyətləri əldə etmiş Binyamin Netanyahu amerikalı jurnalist Beri Veysə müsahibəsində Türkiyə ilə əlaqələrdən danışıb.

 

Modern.az xəbər verir ki, Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan razı qaldığını deyib:

 

“Noyabrın 17-də Türkiyə lideri ilə danışıqlarım oldu. Münasibətlərimiz yaxşılaşıb. Aramızda dostcasına dialoq oldu və mən bundan çox məmnunam. Düşünürəm ki, bu, çox mühümdür”.

 

Netanyahu əlavə edib ki, Ərdoğanla aralarında bəzi fikir ayrılıqları olsa da, rəsmi Ankara və Təl-Əviv milli maraqları çərçivəsində hərəkət edir və münasibətlərdə tarazlıq yaratmağa çalışır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?