Modern.az

Son 5 gündə 50 mindən artıq ağac əkilib

Son 5 gündə 50 mindən artıq ağac əkilib

Aktual

2 Dekabr 2022, 18:00

Əkin mövsümü ilə əlaqədar bütün regionların meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir.

 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov Modern.az-a bildirib ki, son beş gündə ölkənin meşə fondu ərazilərində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 50 mindən artıq ağac tingi əkilib, 8 tondan çox toxum səpilib:

 

“Payız əkin planına uyğun olaraq meşəbərpa tədbirləri bu gün Sabirabad, Masallı, Lənkəran, Şəki və Qəbələ rayonlarının meşə fondu torpaqlarında keçirilib və 8 mindən artıq müxtəlif növ ağac əkilib, 770 kiloqram toxum səpilib”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?