Modern.az

İsveçrə 1/8 finalda, serblər üçün mundial bitdi - YENİLƏNİB

İsveçrə 1/8 finalda, serblər üçün mundial bitdi - YENİLƏNİB

Aktual

3 Dekabr 2022, 01:00

Futbol üzrə Serbiya və İsveçrə yığmaları arasında görüş başa çatıb.

 

Modern.az xəbər verir ki, qrupun son oyunu İsveçrənin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bu görüşdən sonra 6 xala sahib olan İsveçrə millisi qrup ikincisi kimi dünya çempionatının 1/8 final mərhələsinə vəsiqə qazanıb, Serbiya isə mundialla vidalaşmalı olub.

 

Serbiya - İsveçrə - 2:3 

Qollar: Şakiri, 20 (0:1), Mitroviç, 27 (1:1), Vlahoviç, 35 (2:1), Embolo, 44 (2:2), Freyler, 48 (2:3)

 

***

 

Dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda 5-ci qol vurulub.

 

Modern.az xəbər verir ki, 48-ci dəqiqədə Remo Froyler isveçrəliləri hesabda önə keçirib - 3:2.

 

***

23:38

 

Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyuni davam edir.

 

Modern.az xəbər verir ki, görüşün ilk hissəsində qapılara 3 qol vurulub.

 

Hazırda qarşılaşma serblərin 2:1 hesablı üstünlüyü ilə davam edir.

 

Serbiya - İsveçrə - 2:1 (Birinci hissə)

 

Qol: Şakiri, 20 (0:1), Mitroviç, 27 (1:1), Vlahoviç, 35 (2:1)

 

***

Dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyunu start götürüb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

 

Komandalar matçda aşağıdakı “11-lik”lərlə iştirak edir:

 

Serbiya: Vanya Milinkoviç-Saviç, Strahinya Pavloviç, Miloş Velikoviç, Nikola Milenkoviç, Filip Kostiç, Saşa Lukiç, Andriya Jivkoviç, Sergey Milinkoviç-Saviç, Aleksandr Mitroviç, Duşan Tadiç, Duşan Vlahoviç

 

İsveçrə: Qreqor Kobel, Silvan Vidmer, Manuel Akanci, Fabian Şer, Rikardo Rodriges, Qranit Caka, Remo Froyler, Cerdan Şakiri, Cibril So, Bril Embolo, Ruben Varqas

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı