Modern.az

DÇ-2022: 1/8 final mərhələsinə start verilir

DÇ-2022: 1/8 final mərhələsinə start verilir

Aktual

3 Dekabr 2022, 08:50

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək.

 

Modern.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

 

Günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gələcək. "Xəlifə" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyunu braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.

 

Günün son matçı Argentina və Avstraliya yığmaları arasında baş tutacaq. "Əhməd ibn-Əli" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi polşalı Şimon Marçinyak olacaq.

 

DÇ-2022, 1/8 final

3 dekabr

 

19:00. Niderland - ABŞ

 

Baş hakim: Vilton Sampayo (Braziliya)

"Xəlifə" stadionu

 

23:00. Argentina - Avstraliya

 

Baş hakim: Şimon Marçinyak (Polşa)

"Əhməd ibn-Əli" stadionu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?