Modern.az

Məsciddə partlayış - Ölən və yaralılar var

Məsciddə partlayış - Ölən və yaralılar var

Aktual

3 Dekabr 2022, 09:30

Yəmənin şərqində yerləşən Hadramaut əyalətində məsciddə partlayış törədilib.

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

 

Məlumata görə, terrorçu Uadi Haul kəndindəki məsciddə cümə namazı qılınan zaman ibadət edənlərə əl qumbarası atıb.

 

Təhlükəsizlik orqanlarının əməkdaşları hadisəni törədən şəxsi saxlayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı