Böyük Britaniyanın Sent Helier şəhərində yaşayış binasında güclü partlayış olub.
Modern.az xəbər verir ki, hadisə nəticəsində azı 3 nəfər həlak olub, 12 nəfər itkin düşüb.
Şəhərin polis rəisi Robin Smit bildirib ki, şənbə gecəsi baş verən partlayışda bina tamamilə dağılıb. Hazırda polis hadisənin başvermə səbəbini araşdırır.
Xilasedicilər itkin düşmüş şəxslərin axtarışı ilə məşğuldur.