Modern.az

Yolka quraşdırarkən 6-cı mərtəbədən yıxılıb ÖLDÜ

Yolka quraşdırarkən 6-cı mərtəbədən yıxılıb ÖLDÜ

Aktual

11 Dekabr 2022, 09:45

Bakının Nərimanov rayonunda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsi ev 26-da qeydə alınıb.

 

Belə ki, 2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya qururmuş. Həmin vaxt o, pəncərədən yıxılıb.

 

Yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?