Modern.az

Azərbaycan reytinqdə 2 pillə gerilədi

Azərbaycan reytinqdə 2 pillə gerilədi

Aktual

11 Dekabr 2022, 17:39

Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, 2022-ci ilin arxada qalan dövründə keçirilən nüfuzlu yarışlarda qazanılan nəticələrə əsasən tərtib olunan cədvəldə 131 ölkə yer alıb.

 

Azərbaycanın mövqeyində dəyişiklik olub. Ölkəmiz ötən reytinq cədvəli ilə müqayisədə 2 pillə geriləyib.

 

Belə ki, 249 xala malik Azərbaycan hazırda dünyada 48-cidir. Ötən cədvəldə 162 xalla 46-cı olan idmançılarımız 87 xal əldə etsə də, mövqeyini qoruya bilməyib. Qazanılan xalların 87-si yunan-Roma, 47-si sərbəst güləşçilərin aktivindədir. Cüdoda 43, taekvondoda 32, qılıncoynatmada 22, atıcılıqda 12, bədii gimnastikada 6 xal qazanılıb.

 

Azərbaycan Avropada isə 27-ci yerdədir. Siyahıya 5991 xalla ABŞ başçılıq edir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?