Modern.az

Pakistanın Baş naziri İlham Əliyevə TƏŞƏKKÜR ETDİ 

Pakistanın Baş naziri İlham Əliyevə TƏŞƏKKÜR ETDİ 

Aktual

11 Yanvar 2023, 23:26

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.

 

“Azərbaycanın Pakistandakı daşqın qurbanlarına davamlı dəstəyi üçün Prezident İlham Əliyevə minnətdaram. Bu cür mehriban jestlər seldən zərər çəkmiş insanların mənəviyyatını yüksəltməklə yanaşı, həm də ümumi insanlığa olan inamımızı bərpa edir”, - Baş nazir vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan Pakistandakı daşqının fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 2 milyon dollar ayırıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?