Modern.az

Ötən ay 10 qadın məişət zorakılığı törədib

Ötən ay 10 qadın məişət zorakılığı törədib

Aktual

12 Yanvar 2023, 09:52

Ötən ay məişət zorakılığı törədənlərin 45 nəfəri kişi, 10 nəfəri isə qadın olub.

Modern.az xəbər verir ki, bu barədə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2022-ci ilin dekabr ayında Dövlət Komitəsinə daxil olan məişət zorakılığı ilə bağlı müraciətlərdə psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib.


Şikayət edənlərin əksəriyyətinin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub. Müraciətlərin 55-i psixoloji, 26-sı isə fiziki zorakılıqla bağlı olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı