Modern.az

Şaxtalı hava ağaclardakı ziyanvericiləri məhv edib

Şaxtalı hava ağaclardakı ziyanvericiləri məhv edib

Aktual

12 Yanvar 2023, 13:31

Son günlər respublikamızda müşahidə olunan şaxtalı və qarlı hava şəraiti meşə əkinlərinə və ümumilikdə yaşıllıqlara müsbət təsir göstərib. Mənfi temperatur ağac gövdələrində, meşəaltı örtük altında qışlayan ziyanverici həşəratların yumurta, sürfə və yetkin fərdlərini məhv edib, xəstəliktörədici göbələklərin inkişaf və artımını aşağı salıb.

 

Modern.az xəbər verir ki, Bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.

 

O qeyd edib ki, havaların quraq keçdiyi dövrlərdə bəzi rayonlarda gəmiricilərin və zərərverici həşəratların say dinamikasının artdığı müşahidə olunurdu, xüsusən də zəifləmiş şam ağacları zərərverici həşəratlara və qabıqyeyən böcəklərə qarşı davam gətirə bilmirdi:

 

“Son günlər yağıntıların bol olması torpaqda rütubətliliyi artırıb, şaxtalı hava ziyanvericiləri məhv edib, nəticədə ağaclar öz bioloji prosesslərini normal davam etdirə bilir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?